İsrail Qəzzada atəşkəsin növbəti mərhələsi üçün ŞƏRTLƏR irəli sürüb

İsrail Qəzzada atəşkəsin növbəti mərhələsi üçün  ŞƏRTLƏR irəli sürüb backend

İsrail atəşkəs razılaşmasının növbəti mərhələsinə keçmək üçün Qəzza zolağının demilitarizasiyasını və HƏMAS-ın idarəçiliyinə son qoyulmasını tələb edir.

AZƏRTAC xəbər verir ki, bu şərtləri İsrailin xarici işlər naziri Gideon Saar brifinqdə səsləndirib.

“Bizim ikinci mərhələ ilə bağlı heç bir razılığımız yoxdur. Biz Qəzzanın tam silahsızlaşdırılmasını, HƏMAS və “İslami-Cihad”ın oradan çıxarılmasını və girovlarımızın azad edilməsini tələb edirik”, - deyə Saar bildirib.

O əlavə edib ki, HƏMAS bu tələbləri qəbul edərsə, müqaviləni günü sabah reallaşdırmaq olar.

Bazar günü səhər saatlarından etibarən İsrailin Qəzzaya humanitar yardımın çatdırılmasını dayandırmaq qərarından danışan nazir deyib ki, HƏMAS yardımdan öz məqsədləri üçün istifadə edir. Onun sözlərinə görə, humanitar yardımlar HƏMAS-ın “əsas gəlir mənbəyi”nə və qruplaşmanın hərbi potensialını bərpa etmək vasitəsinə çevrilib.

Diaspora