Dollar türk lirəsinə də təsir etdi

Dollar türk lirəsinə də təsir etdi backend

Bir müddət öncə Türkiyədə də ölkənin milli valyutası lirənin məzənnəsində ucuzlaşma müşahidə olundu və bu ölkədə qiymət artımına və süni bahalaşmaya səbəb oldu.

Türkiyə mediasının məlumatına görə, 2013-cü ilin dekabr ayının 17 və 25 aralığında Türkiyədə korrupsiya və rüşvətxorluğa qarşı keçirilən məlum əməliyyatlardan sonra lirənin məzənnəsi getdikcə aşağı düşməyə başladı. Məhz bunu lirənin dəyərdən düşməsinin əsas səbəbi kimi göstərmək olar. Bundan sonra da dünyada baş verən infilyasiyalar, ABŞ dolların bahalaşması Türkiyədə bir çox şeylərin bahalaşmasına səbəb oldu. Hazırda 100 Türkiyə lirəsi dollar nisbətində 240, avroya nisbətdə isə 278-dir. İndi bu bahalaşma istər kommunal, istər nəqliyyat, istər yanacaq, istərsə də ərzaq məhsullarında olsun özünü göstərir.

Məsələn, dünyanın hər yerində benzinin qiyməti ucuzlaşdığı halda Türkiyədə benzinin qiyməti sabit olaraq qalır. Türkiyədə ucuzlaşma və bahalaşma çox aşağı faizlə göstərilir. Ümumilikdə Türkiyə lirəsinin məzənnəsi 40 faiz aşağı düşüb və bu isə insanların yaşayışına çox ciddi bir şəkildə mənfi təsir göstərib. Hazırda Türkiyədə insanların dollarla bank və istehlak sahələrində götürdükləri kreditlər həmin günün məzənnəsilə hesablanaraq ödəmə işləmləri həyata keçirilir. Bu zaman bundan insanlar o qədər də zərər çəkmirlər. Lakin insanlar ölkədə süni bahalaşmanın da şahidi olurlar. Dollar və avronun Türkiyədə məzənnəsinin üzümüzə gələn aylarda da yüksələcəyi, lirənin daha da dəyərdən düşəcəyi gözlənilir.
Diaspora