Ukrayna prezidenti Volodimir Zelenski Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşündə yaşanan mübahisədən təəssüfləndiyini bildirib.
Qaziler.az “Reuters”ə istinadla bildirir ki, bu barədə o, sosial şəbəkədəki səhifəsində müvafiq paylaşım edib.
“Cümə günü Ağ Evdəki görüşümüz ümidləri doğrultmadı. Baş verənlərə təəssüflənirəm. Vəziyyəti düzəltməyin vaxtıdır”, - Zelenski qeyd edib.
Ukrayna prezidenti sülhə nail olmaq üçün “prezident Trampın güclü rəhbərliyi altında” əməkdaşlığa hazır olduğunu vurğulayıb.
QAZİLER.AZ