Argentina prezidenti Zelenski ilə çəkilən bütün şəkillərini sosial mediadan SİLDİ

Argentina prezidenti Zelenski ilə çəkilən bütün şəkillərini sosial mediadan  SİLDİ backend

Argentina prezidenti Xavyer Miley Volodimir Zelenski ilə birgə çəkilmiş bütün şəkillərini sosial şəbəkələrdən sildirib.

Qaziler.az xəbər verir ki, bu barədə RTN radiosu məlumat yayıb.

Nəşr bildirib ki, Maylinin Zelenski ilə birgə fotolarının yoxa çıxmasının səbəbi Ukrayna lideri ilə ABŞ prezidenti Donald Tramp arasında yaşanan mübahisə ilə bağlıdır.

Qeyd edək ki, fevralın 28-də Oval kabinetdə Tramp və Zelenski arasında baş tutan görüş mübahisə ilə yekunlaşıb. ABŞ lideri Ukrayna prezidentini atəşi dayandırmaq istəməməkdə ittiham edərək, Kiyevin Rusiyaya qarşı münaqişədə “güclü kartları” olmadığını deyib. Bu mübahisədən sonra Zelenski Ağ Evi tərk edib.

QAZİLER.AZ

Diaspora