Kanadanın baş naziri Castin Trüdo ABŞ prezidenti Donald Trampı Kanadaya gömrük rüsumları tətbiq etdiyinə görə tənqid edib və bu qərarı “düşüncəsiz” adlandırıb.
Qaziler.az xəbər verir ki, onun sözlərini “RİA Novosti” dərc edib.
“Mən konkret olaraq bir amerikalıya müraciət etmək istəyirəm. "Donald, əməkdaşlığımızın səkkiz ilində çox şeyə nail olduq, lakin bu, həqiqətən axmaqlıqdır", - deyə Trüdo mətbuat konfransında bildirib.
O, həmçinin Kanadanın 155 milyard Kanada dolları (107,4 milyard ABŞ dolları) dəyərində Amerika mallarına 25% tarif tətbiq edəcəyini söyləyib. Trüdo ABŞ öz tariflərini ləğv edənə kimi Kanadanın tariflərinin qüvvədə qalacağını söyləyib.
Martın 4-də "Bloomberg" ABŞ-nin Kanada, Çin və Meksikadan gələn 1,5 trilyon dollarlıq məhsullara tariflər tətbiq etdiyini bildirib.
QAZİLER.AZ