Ukrayna prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişəyə son qoymağa hazırlıqdan danışarkən bildirib ki, birinci mərhələ hava məkanında və dənizdə genişmiqyaslı əsir mübadiləsi ola bilər.
Qaziler.az xəbər verir ki, Zelenskinin bu fikirləri “X” sosial şəbəkəsindəki səhifəsində yer alıb.
Bura uzaq mənzilli PUA-ların istifadəsinə qadağa, enerji və digər infrastruktur obyektlərinə zərbələr endirilməsi, dənizdə atəşkəs daxildir. Zelenski qeyd edib ki, Rusiya da eyni şeyi etsə, Ukrayna bu şərtlərlə razılaşmağa hazırdır.
"Onda biz bütün növbəti addımları çox tez keçib yekun razılaşmanı imzalamaq üçün ABŞ-la işləmək istəyirik", - Ukrayna lideri yazıb.
QAZİLER.AZ