Ukrayna danışıqlar masasına oturmalı və Trampla dialoqa başlamalıdır - Vens

Ukrayna danışıqlar masasına oturmalı və Trampla dialoqa başlamalıdır -  Vens backend

ABŞ prezidenti Donald Tramp Ukrayna hakimiyyətinin danışıqlar masasına qayıtmasını istəyir. Müharibəni sonsuza qədər davam etdirmək mümkün deyil.

RBC-Ukraynanın verdiyi məlumata görə, bunu jurnalistlərlə söhbəti zamanı ABŞ-ın vitse-prezidenti C.D.Vens deyib.

“Prezident (Tramp - red.) bizim Ukrayna ilə bağlı siyasətimiz barədə çox aydın şəkildə bildirib ki, o, ukraynalıların danışıqlar masasına əyləşməsini istəyir”, - Vens qeyd edib.

Onun sözlərinə görə, ABŞ ukraynalıların suveren və müstəqil ölkəyə sahib olmasını istəyir. O, Ukrayna əsgərlərinin şücaətini də qeyd edib. Amma nə Avropa, nə ABŞ, nə də Ukrayna “bu müharibəni sonsuza qədər davam etdirə bilməz”.

QAZİLER.AZ

Diaspora