“Qənnadı məmulatlarının bahalaşması səbəbindən istehsalçılar müxtəlif hiylələrə əl atırlar, məsələn, məhsulların çəkisini azaldırlar”.
Qaziler.az xəbər verir ki, bu fikirləri Rusiya Çörəkçilərin və Şirniyyatçılar Gildiyasının vitse-prezidenti İrina Eldarxanova NSN-ə bildirib. Onun sözlərinə görə, müştəriləri yüksək qiymətlərlə qorxutmamaq üçün istehsal zamanı inqrediyentlər daha ucuz analoqlarla əvəz olunur.
Eldarxanova qeyd edib ki, bir il ərzində şokoladın maya dəyəri 300% artıb və istehsalçılar rəqabətə davamlı olmaq üçün tədbirlər görməyə məcburdurlar. Lakin bahalı inqrediyentləri daha ucuzları ilə əvəz etmək məhsulun keyfiyyətinə mənfi təsir göstərir.
“Təbii ki, istehsalçılar məhsullarının çəkisini azaldırlar ki, qiymət artımı o qədər də nəzərə çarpmasın. Alıcı 300% qiymət artımına hazır deyil. Bu, alıcını çox stressə salmamaq üçün edilir”, - mütəxəssis qeyd edib.
QAZİLER.AZ