Trampın Nobel Sülh Mükafatına yenidən namizədliyi irəli sürülüb

Trampın Nobel Sülh Mükafatına yenidən namizədliyi irəli sürülüb backend

ABŞ-nin Kaliforniya ştatından olan konqresmen Darrel İssa ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürmək barədə planlarını açıqlayıb.

Qaziler.az xəbər verir ki, o bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

“Mən Donald Trampı Nobel Sülh Mükafatına namizəd edəcəyəm. Heç kim bu mükafata onun qədər layiq deyil”, - İssa yazıb.

Qeyd edək ki, ötən il Trampın Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb. Onun namizədliyini Nyu Yorkun konqresmeni, respublikaçı Klaudiya Tenni dəstəkləmişdi. Onun sözlərinə görə, Tramp bu mükafata İsraillə bir sıra ərəb dövlətləri arasında münasibətlərin normallaşmasının əsasını qoyan “İbrahim sazişi”nin imzalanmasına kömək etdiyinə görə layiqdir.

QAZİLER.AZ

Diaspora