Polşa Ukraynaya yardımı dayandıran ABŞ-ni dəstəklədi

Polşa Ukraynaya yardımı dayandıran ABŞ-ni dəstəklədi backend

Donald Tusk ABŞ-nin Polşa vasitəsilə Ukraynaya hərbi yardımını dayandırdığını təsdiqləyib.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, o, bu barədə Polşa Nazirlər Kabinetinin iclasından əvvəl bildirib.

"Sərhəddən, Yasenkadakı mərkəzdən gələn xəbərlər Amerika tərəfinin bəyanatlarını təsdiqləyir", - Polşanın baş naziri müvafiq sualı cavablandırarkən deyib.

Martın 3-də “Reuters” agentliyi ABŞ hakimiyyətinin Ukraynaya bütün hərbi yardımı dayandırmaq qərarına gəldiyini bildirib. Bu məlumatı Ağ Ev də təsdiqləyib və qərarını münaqişənin sülh yolu ilə həllinə töhfə verməklə izah edib.

QAZİLER.AZ

Diaspora