ABŞ-nin Putinin tərəfində olması faciəvidir - Böyük Britaniya

ABŞ-nin Putinin tərəfində olması faciəvidir - Böyük Britaniya backend

Böyük Britaniyanın keçmiş müdafiə naziri Qrant Şepps ABŞ-nin Ukraynaya yardımı dayandırmasından sonra Vaşinqtonun Rusiya lideri Vladimir Putinin tərəfində olduğunu deyib.

Qaziler.az xəbər verir ki, keçmiş nazirin fikirləri “X” sosial şəbəkəsindəki səhifəsində yer alıb.

“ABŞ-nin Putinin tərəfində olmasını görmək faciəvidir. Bu, ABŞ-nin dünyadakı mövqeyini zəiflədir, Ukraynanın suverenliyinə xələl gətirir və bütün dünyada təcavüzkarlara inam verir", - Şepps hesab edir.

Öz növbəsində Çexiyanın xarici işlər naziri Yan Lipavski ABŞ-nin Ukraynaya yardımı dayandırmasına o qədər də təəccüblənmədiyini bildirib.

QAZİLER.AZ

Diaspora