Qəzza zolağında anklavın bərpası zamanı fələstinlilər üçün 20 müvəqqəti yaşayış zonası yaradılacaq.
Qaziler.az xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı Misirin hazırladığı sənədə istinadən xəbər verib. Sənədə əsasən, zonaların yaradılmasını Misir və xarici şirkətlər həyata keçirəcək.
Telekanal Qəzzada bütün dağıntıların təmizlənəcəyini, bundan sonra bufer zonanın yaradılacağını vurğulayıb. Lakin onun dəqiq yeri və ərazisi göstərilməyib.
QAZİLER.AZ