İtaliya Ukraynaya qoşun göndərməkdən İMTİNA ETDİ

İtaliya Ukraynaya qoşun göndərməkdən  İMTİNA ETDİ backend

"İtaliya Ukraynaya qoşun yeritməyəcək".

Qaziler.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Corc Meloni Rai1 telekanalında məlumat verib.

“Biz İtalya əsgərlərini Ukraynaya göndərməyəcəyimizi elan etmişdik”, - Corc Meloni deyib.

İtaliya Xarici İşlər Nazirliyinin rəhbəri Böyük Britaniya və Fransanın Ukraynaya Avropa qoşunlarının kontingentinin göndərilməsi ilə bağlı təklifini tənqid edib.

Bundan əvvəl Böyük Britaniyanın baş naziri Key Starmer bildirmişdi ki, Londonda keçirilən sammitin iştirakçıları Kiyevə hərbi yardımı davam etdirmək və Moskvaya iqtisadi təzyiqi saxlamaq barədə razılığa gəliblər. Bu yardıma həm “yerdəki əsgərlər”, həm də “havada olan təyyarələr” daxil olacaq.

QAZİLER.AZ

Diaspora