Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçısı Vladimir Putinin oruc tutub-tutmaması ilə bağlı suala cavab verə bilməyib.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, Peskovun sözlərinə görə, o, bu məsələ ilə bağlı məqamı aydınlaşdırmalıdır.
“Mən aydınlaşdırmalıyam, bu suala cavab verə bilmərəm”, - Kreml nümayəndəsi etiraf edib.
Rusiyada böyük orucluq ayı martın 3-də başlayıb və aprelin 20-dək (50 gün) davam edəcək. 2025-ci ilin bu tarixində pravoslav xristianlar Pasxa bayramını qeyd edirlər.
QAZİLER.AZ