Ukrayna prezidenti Volodimir Zelenski iki dəfə Ukrayna münaqişəsinə tez bir zamanda son qoymağa çağıran yazı dərc edib.
Qaziler.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində paylaşım edib.
“Bu müharibəni mümkün qədər tez bitirmək üçün diplomatiyamızı həqiqətən mənalı etməyə çalışmağımız çox vacibdir. Bizə əsl sülh lazımdır və ukraynalılar bunu hər şeydən çox istəyirlər, çünki müharibə şəhərlərimizi və qəsəbələrimizi məhv edir. Biz insanlarımızı itiririk. Biz müharibəni dayandırmalı və təhlükəsizliyi təmin etməliyik”, - deyə dövlət başçısı bildirib.
Onun sözlərinə görə, Kiyev ABŞ və onun avropalı tərəfdaşları ilə birlikdə işləyir və “sülhə gedən yolda” Vaşinqtonun dəstəyinə çox ümid edir.
"Sülh mümkün qədər tez lazımdır", - deyə Ukrayna lideri əlavə edib.
QAZİLER.AZ