Tramp Ağ Evdə tapılan kokainin kimə məxsus olduğunu açıqlayıb

Tramp Ağ Evdə tapılan kokainin kimə məxsus olduğunu açıqlayıb backend

2023-cü ilin iyulunda Ağ Evdə tapılan kokain Co Baydenin ailəsindən birinə aid idi.

Qaziler.az “Daily Mail”ə istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

“Yeri gəlmişkən, sizə deməliyəm ki, bu məsələ ilə məşğul olmağı (tapılmış kokain haqqında) düşünürəm. Çünki orada pis hadisələr baş verib”, – Ağ Evin rəhbəri bildirib.

Kokain olduğu ortaya çıxan ağ toz 2 iyul 2023-cü ildə Ağ Evdə tapılıb, bundan sonra bina boşaldılıb. Həmin gün ABŞ-nin o zamankı prezidenti Co Baydenin narkotik qalmaqalları ilə tanınan oğlu Hunterin iqamətgahda olduğu bildirilib. The New York Post yazıb ki, kokain Bayden ailəsinə yaxın olan birinə aiddir və ehtimal olunur ki, prezident onun kim olduğunu bilir.

QAZİLER.AZ

Diaspora