Böyük Britaniya Ağ Evdəki qalmaqaldan sonra Ukrayna prezidenti Volodimir Zelenskiyə ABŞ ilə əlaqələri bərpa etməsi üçün təzyiq edir.
Qaziler.az xəbər verir ki, bu barədə “The Times” mənbəyə istinadən yazır.
Britaniya parlamentindəki mənbə bildirib ki, Zelenski danışıqlar masasına qayıtmaq üçün “qaydalarla oynamalı” və ABŞ prezidenti Donald Trampa öz hörmətini göstərməlidir.
Zelenski öz növbəsində Ukraynanın ABŞ ilə mineral ehtiyatlara dair saziş imzalamağa hazır olduğunu bəyan edib. O, əmindir ki, Ağ Evdəki qalmaqalın nəticələrini aradan qaldırmaq olar.
Qeyd edək ki, fevralın 28-də Trampla Zelenski arasında Ağ Evdə mübahisə yaşanıb. Bu hadisə Zelenskinin Oval kabinetdən qovulmasına və imzalanacaq sazişin ləğv edilməsinə səbəb olub.
QAZİLER.AZ