Slovakiya Aİ-nin Ukrayna sammitini əngəlləyə bilər

Slovakiya Aİ-nin Ukrayna sammitini əngəlləyə bilər backend

Slovakiya Avropa İttifaqına qaz tranzitinin dayandırılması ilə bağlı məsələyə görə Avropa Birliyinin Ukrayna üzrə sammitini əngəlləyə bilər.

Qaziler.az xəbər verir ki, bu barədə Slovakiyanın baş naziri Robert Fitsoya istinadən STK agentliyi məlumat yayıb.

“O [Fitso] bunu Avropa blokunun dövlət xadimləri Bratislavanın Kiyevi öz ərazisindən təbii qazın tranzitini bərpa etməyə çağırması tələbini dəstəkləmədiyi təqdirdə etmək niyyətindədir”, - bəyanatda deyilir.

Eyni zamanda, Slovakiya hökumətinin başçısı kompromis imkanlarından da danışıb.

Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı müqavilə dekabrın 31-də başa çatıb. Yanvarın 1-də səhər saatlarında Qazprom tədarükün dayandırıldığını elan edib. Avropada qazın qiyməti tranzit başa çatdıqdan sonra 2023-cü ilin oktyabrından bəri ən yüksək həddə çatıb.

QAZİLER.AZ

Diaspora