Ukrayna prezidenti Volodimir Zelenski Ağ Evdə yaratdığı qalmaqala görə ictimaiyyətdən üzr istəməyincə ABŞ Ukrayna ilə faydalı qazıntıların birgə işlənməsi üzrə dialoqu davam etdirməyəcək.
Qaziler.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
“Yüksək səviyyəli administrasiya rəsmisi bizə dedi ki, Zelenski kameralar qarşısına keçib Oval kabinetdəki davranışına görə açıq-aydın üzr istəməyənə qədər sövdələşmədə irəliləyiş olmayacaq”, - bəyanatda deyilir.
Bundan əvvəl Zelenski hadisəyə görə üzr istəyəcəyi ilə bağlı suala cavab verməkdən imtina edib.
Qeyd edək ki, fevralın 28-də Ağ Evdə Zelenski ilə Tramp arasında baş tutan görüşdə mübahisə yaşanıb. Donald Tramp ukraynalı siyasətçini hörmətsizlikdə ittiham edib.
QAZİLER.AZ