Starmer: Rusiyanın dondurulmuş aktivlərindən istifadə çətin məsələdir

Starmer: Rusiyanın dondurulmuş aktivlərindən istifadə çətin məsələdir backend

“Dondurulmuş Rusiya aktivlərindən istifadə məsələsi çox mürəkkəbdir”.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Key Starmer Böyük Britaniya parlamentinin İcmalar Palatasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, London Rusiyanın dondurulmuş aktivlərinə həbs qoyulması üçün hüquqi mexanizmin tapılması üzərində işi davam etdirəcək.

“Dondurulmuş aktivlərə gəlincə, bu, çox mürəkkəb məsələdir, sadə deyil. Biz daha dolğun iş görməliyik və mən digər ölkələrlə başqa hansı imkanların olub olmadığını müəyyən etmək çalışıram. Mən bunun asan olduğunu iddia edə bilməyəcəm", - britaniyalı Baş nazir deyib.

QAZİLER.AZ

Diaspora