Rusiya prezidenti Vladimir Putin Tatarıstanda yığılan yerli “Arus” limuzini haqqında müsbət fikirlər səsləndirib.
Qaziler.az bu barədə “RİA Novosti”yə istinadla xəbər verir.
"Yaxşı maşındır", - deyə Putin qeyd edib.
Qeyd olunur ki, Tatarıstan rəhbəri Rüstəm Minnixanov Kremldə Putinlə görüşü zamanı Yelabuqada “Arus” markalı avtomobillərin tam yığılmasından danışıb. Respublika rəhbəri bu avtomobillərin istehsalını daha da inkişaf etdirəcəyini vəd edib.
QAZİLER.AZ