Ukrayna Ağ Evdəki münaqişə fonunda Amerikanın hava hücumundan müdafiə sistemlərini əvəz etmək yollarını axtarır.
Qaziler.az xəbər verir ki, bu barədə Amerikanın “Forbes” jurnalı yazıb.
Ukraynanın Volodimir Zelenski ilə Donald Tramp arasında mübahisə ilə bitən görüşündən sonra hava hücumundan müdafiə sistemləri də daxil olmaqla, Amerika istehsalı olan ən mühüm silahlarını dəyişdirməyə çalışdığı bildirilir.
“Ukraynada hava hücumundan müdafiə sistemlərinin dəyişdirilməsi prosesi başlayıb. Bu, şübhəsiz ki, sürət qazandıracaq”, - məqalədə qeyd olunub.
QAZİLER.AZ