Peskov Trampla Zelenskinin mübahisəsinə Putinin reaksiyasını açıqlayıb

Peskov Trampla Zelenskinin mübahisəsinə Putinin reaksiyasını açıqlayıb backend

Rusiya lideri Vladimir Putin ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenskinin görüşünün bütün təfərrüatlarından xəbərdardır.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov brifinqdə deyib.

Onun sözlərinə görə, dövlət başçısı siyasətçilərin söhbətinin nüanslarını, o cümlədən onların çəkişmələrini nəzərə alıb.

“Təbii ki, prezident baş verənlərin mahiyyəti ilə tanışdır. Üstəlik, danışıqların nüansları bütün dünya ictimaiyyətinə açıq idi.  Ona görə də təbii ki, prezident bütün nüansları bilir. O, baş verənləri diqqətə alıb”, - Peskov vurğulayıb.

Kreml sözçüsü Ağ Evdə baş verən hadisənin Vladimir Putinin Ukrayna məsələsində haqlı olduğunu sübut etdiyinə də diqqət çəkib. Peskovun xatırlatdığı kimi, Rusiya lideri dəfələrlə bəyan edib ki, Moskvanın danışıqlara hazır olmasına Kiyevin istəksizliyi mane olur.

QAZİLER.AZ

Diaspora