Ukrayna hakimiyyəti Volodimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında yaşanan mübahisədən sonra Vaşinqtonun siyasətində ciddi dönüş olduğunu etiraf edib.
Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, bu fikirləri Zelenski ofisinin müşaviri Serqey Leşenko “Rada” telekanalına verdiyi açıqlamasında səsləndirib.
“Ağ Evdə gördüklərimiz yaxın illərdə Amerikaya rəhbərlik edəcək insanların zehniyyətində kifayət qədər ciddi dəyişikliyin olacağını göstərir. Bəlkə bir müddət, bəlkə də dərhal sonra...”,- Leşenko deyib.
Bundan əlavə, Leşenko Zelenskini, onun Ağ Evdəki görüşdə geyindiyi hərbi geyimə görə tənqid edənlərə narazılığını bildirib. O qeyd edib ki, məsələ geyim tərzində deyil, məsələ Ukraynanın dost olmağa ehtiyacı duyduğu ABŞ hakimiyyətindədir.
QAZİLER.AZ