Makron Trampın Ukrayna ilə bağlı ideyasını dəyişməyə çalışır

Makron Trampın Ukrayna ilə bağlı ideyasını dəyişməyə çalışır backend

Fransa lideri Emmanuel Makron amerikalı həmkarı Donald Trampı Ukraynada təcili atəşkəs ideyasından döndərməyə çalışdığını bildirib.

Qaziler.az xəbər verir ki, o, bu barədə İtaliyanın “Foqlio” qəzetinə müsahibəsində danışıb.

Fransa lideri bildirib ki, Vaşinqtona səfəri zamanı Trampı havada və dənizdə döyüşləri məhdudlaşdırmaqla qismən atəşkəs barədə düşünməyə çağırıb. O qeyd edib ki, bu cür hərəkətlərə nəzarət etmək tam atəşkəsdən daha asandır.

“Yəni, dərhal atəşkəsə nail olmaq üçün deyil, daha çox hava, dəniz və enerji infrastrukturu səviyyəsində atəşkəsə nail olmaqdır”, - Makron deyib.

QAZİLER.AZ

Diaspora