Almaniyada Hamburqdakı konteyner limanı yaxınlığında təxminən 42 min litr neft məhsulu suya dağılıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Bild” qəzeti yanğınsöndürmə xidmətinin məlumatına istinadən məlumat yayıb.
Bildirilir ki, neftin izləri Katvuxvafen kanalında neft emalı qalıqlarının daşınması və saxlanması ilə məşğul olan şirkətin ərazisində yerləşən su anbarında yaranıb. Hazırda sızmanın dəqiq necə baş verdiyi araşdırılır.
Məlum olub ki, hadisə nəticəsində kanalda 90 min kubmetrdən çox su çirklənib. Hazırda xilasedicilər üzən maneələrdən istifadə etməklə Elba çayının əsas axınının çirklənməsinin qarşısını almağa çalışırlar. Vəziyyəti izləmək üçün əraziyə polis helikopteri gətirilib.
QAZİLER.AZ