NATO üzvlərinin Ukraynaya təhlükəsizlik zəmanəti verməsi suallar doğurur, çünki ölkənin yaxın gələcəkdə Şimali Atlantika Alyansına üzv olma ehtimalı azdır.
Qaziler.az xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” qəzeti yazıb.
Nəşrin məlumatına görə, martın 2-də Londonda keçirilən sammitdə Avropa ölkələrinin liderləri Ukrayna prezidenti Volodimir Zelenski ilə birlikdə iki aspekti müzakirə ediblər. Bunlardan birincisi atəşkəs xəttinin necə qorunacağı ilə bağlıdır. Xüsusilə, hərbi mövcudluğu kim təmin edəcək və bunun hansı xərclərə səbəb olacaq. Sual həm də Rusiyanın buna necə reaksiya verəcəyi və atəşkəs xəttində konkret olaraq kimi görmək istəməsidir.
“Milliyet”in yazdıına görə, ikinci aspekt Ukraynanın uzunmüddətli təhlükəsizliyidir. Nəzərə alsaq ki, ölkənin yaxın vaxtlarda NATO-ya daxil olmaq perspektivi yoxdur, alyansa üzv olmadan onun təhlükəsizliyinin təmin edilməsi problemi yaranır.
“Onun (Ukrayna) yaxın gələcəkdə NATO-ya üzv olmaq ehtimalı az olduğundan, sual yaranır: Ukrayna NATO üzvü deyilsə, onun təhlükəsizliyinə necə təminat verilə bilər?” – nəşr yazır.
QAZİLER.AZ