Sidneydən havaya qalxan təyyarə təcili eniş edib

Sidneydən havaya qalxan təyyarə təcili eniş edib backend

Sidneydən Pertə uçan "Qantas" aviaşirkətinə məxsus sərnişin təyyarəsi kabinədəki tüstülənmə səbəbindən istiqamətini Sidneyə çevirmək məcburiyyətində qalıb.

Qaziler.az xəbər verir ki, bu barədə ABC kanalı məlumat yayıb.

Martın 3-də səhər saatlarında “Boeing 737” təyyarəsi Sidneydən Pertə uçurmuş. Havaya qalxdıqdan sonra pilotların kabinəsində tüstülənmə yaranıb və ekipaj uçuşun gerçəkləşdirildiyi hava limanına qayıtmalı olub. Enişdən sonra təyyarə təcili xilasetmə xidmətləri tərəfindən qarşılanıb.

"Biz bunun sərnişinlərin narahatlığına səbəb ola biləcəyini başa düşürük və hər hansı narahatlığa görə üzr istəyirik", - aviaşirkətdən bildirilib.

Sərnişinlərdən və ekipaj üzvlərindən heç kim xəsarət almayıb. İnsanlar Sidneydən havaya qalxan digər ehtiyat təyyarəyə təxliyə edilib.

QAZİLER.AZ

Diaspora