"ABŞ-nin Ukraynaya yardımı dayandıracağına inanmıram" - Zelenski

"ABŞ-nin Ukraynaya yardımı dayandıracağına inanmıram" - Zelenski backend

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla Oval ofisdəki mübahisəsindən sonra münasibətləri düzəltməyin mümkünlüyünə inanır.

APA “Reuters“ə istinadən xəbər verir ki, bu barədə Zelenski London Sammitindən sonra jurnalistlərə bildirib.

Zelenski danışıqların bağlı qapılar arxasında davam etdirilməsinin vacibliyini vurğulayıb.

"ABŞ-nin Ukraynaya yardımı dayandıracağına inanmıram. Çünki Tramp Vladimir Putinə kömək etmək istəmir" - deyə, Ukrayna prezidenti qeyd edib.

Bununla belə, o, gözlənilən bütün çağırışlara hazır olacağını vurğulayıb.

Zelenski Ukraynanın yeraltı sərvətlərinin istismarı üçün ABŞ ilə müqavilə imzalamağa hazır olduğunu bir daha bildirib.

Diaspora