Ağ Evdən Kiyevə KRİTİK MESAJ - “Zelenski sülhlə qayıtmayana qədər...”

Ağ Evdən Kiyevə KRİTİK MESAJ - “Zelenski sülhlə qayıtmayana qədər...” backend

Amerika hakimiyyəti Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtona sülhlə qayıtmayana qədər Kiyevə pul verməyəcək.

QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın ticarət naziri Hovard Lutnik "Fox News" telekanalına müsahibəsində bildirib.

“Zelenskinin birbaşa onu maliyyələşdirən ABŞ-dan eşitməsi lazım idi: “Sən bizə sülh yolu ilə gəlməyincə sizə pul verməyəcəyik”, - nazir deyib.

O, müvafiq bəyanatı Vaşinqtonda ABŞ prezidenti Donald Trampla Ukrayna lideri arasında son danışıqlar fonunda verib. Daha sonra Amerika prezidenti Zelenskinin sülh istəmədiyini vurğulayaraq onu mövcud vəziyyətə məsuliyyətsiz münasibətdə ittiham edib. Zelenski Ağ Evi erkən tərk edib, Amerika tərəfi dialoqu davam etdirməkdən imtina edib.

Diaspora