ABŞ Prezidenti Donald Tramp və Vladimir Zelenski arasında Ağ Evdə keçirilən görüş pis hadisə oldu, çünki Kiyev sülh istəmədiyini göstərdi.
QAZİLER.AZ Milli.Az-a istinadən bildirir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban bildirib.
"Trampın Zelenski ilə görüşü Avropada müharibə və sülh məsələsinin həlli üçün çox vacibdir, amma bu, indi "pis xəbər" kimi qəbul edilir. Tramp Ukraynadakı münaqişənin həlli üçün irəliləyiş istəyini bildirdi, amma Zelenski ya sülhə razı olmadığını, ya da amerikalıların təklif etdiyi şərtlərlə bunu qəbul etmədiyini göstərdi", - Orban bildirib.
Qeyd edək ki, Ağ Evdə ötən gün ABŞ və Ukrayna liderləri Donald Tramp və Vladimir Zelenski arasında baş tutan görüş olduqca gərgin keçib və tərəflər ictimaiyyət önündə mübahisə ediblər. Daha sonra qapalı davam edən görüş də yarımçıq kəsilib, Zelenski Ağ Evi erkən tərk edib, birgə mətbuat konfransı və Ukrayna ilə təbii sərvətlərlə bağlı hazırlanmış sazişin imzalanması ləğv edilib.
Bunun ardınca Avropa liderləri, o cümlədən Kanada Baş naziri Trüdo Zelenskiyə birmənalı dəstək veriblər.