Tramp KQB agenti imiş: Kod adı bu olub - İDDİA

Tramp KQB agenti imiş: Kod adı bu olub - İDDİA backend

Fransanın həftəlik xəbər jurnalı "Le Point" bu həftə üz qabığında ABŞ prezidenti Donald Trampa yer verib.

QAZİLER.AZ  Milli.Az-a istinadən xəbər verir ki, "Moskvanın adamı" başlıqlı 15 səhifəlik xəbərdə Trampın Moskva ilə münasibətləri diqqət mərkəzində saxlanılıb.

Xəbərdə 1980-ci illərdə KQB üçün işlədiyi iddiası ilə Trampın əlaqələri gündəmə gətirilib.

İddianı irəli sürən şəxs 1990-cı illərin əvvəllərində KQB agenti işlədikdən sonra Fransaya sığınan Sergey Jirnovdur. Jirnov iddiasını KQB-nın 6-cı şöbəsinin keçmiş əməkdaşı Elnur Musayevlə də əsaslandırıb.

Qazaxıstan Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri Musayevin sözlərinə görə, KQB Trampı "Krasnov" kod adı ilə işə götürüb. Həmçinin KQB-nin 6-cı şöbəsinin ən mühüm iş sahəsi zəngin Qərb iş adamları arasında casuslar və məlumat mənbələri əldə etmək olub. 

Diaspora