ABŞ-ın texnologiya nəhənglərindən olan "Microsoft", may ayından etibarən səs və video rabitə xidmətləri göstərən "Skype" tətbiqini dayandıraraq "Microsoft Teams"ə diqqət yetirəcəklərini açıqlayıb.
QAZİLER.AZ Lent.az-a istinadən xəbər verir ki, bu haqda şirkətin rəsmisi Jeff Teper öz bloq yazısında məlumat verib.
Teper, “Teams” ilə istifadəçilərin təkbətək və qrup zəngləri, mesajlaşma və fayl paylaşımı kimi “Skype”ın əsas xüsusiyyətlərinin əksəriyyətinə malik olduğunu deyib.