“Domodedovo” Kamenşçikin əlindən alınır

“Domodedovo” Kamenşçikin əlindən alınır backend

“Domodedovo” hava limanının hazırkı sahibi Dmitri Kamenşçik və hava limanının müşahidə şurasının keçmiş rəhbəri, milyarder Valeri Koqanın ölkədən çıxışına qadağa qoyulub.

QAZİLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, buna səbəb Baş Prokurorluğun apardığı araşdırma nəticəsində xaricə pul köçürmələri ilə bağlı irimiqyaslı sxemin üzə çıxmasıdır. Aeroport rəhbərliyinin kreditləri ödəmək bəhanəsi ilə qanunsuz olaraq xarici yurisdiksiyalara 18 milyard rubl köçürməsi araşdırılır.

Domodedovo hava limanının idarəçiliyinin Federal Hava Nəqliyyatı Agentliyinə (Rosaviasiya) verilməsi planlaşdırılır.

Moskva vilayətinin Arbitraj Məhkəməsi Baş Prokurorluğun tələbi ilə artıq “Domodedovo” şirkətlər qrupunun bütün aktivlərinə həbs qoyub. Rosaviasiya hava limanını idarə etmək imkanı əldə edib.

Diaspora