Görüş hörmətlə başladı, Tramp yardım söz verdi, sonra...

Görüş hörmətlə başladı, Tramp yardım söz verdi, sonra... backend

Zelenski Putinin qatil kimi tanınmasını tələb etməklə Trampın siyasətində açıq şəkildə dəyişiklik etməyə çalışdı, lakin bu, vəziyyəti daha da pisləşdirdi.

QAZİLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç 28 fevralda Ağ Evdə ABŞ və Ukrayna liderləri Donald Tramp və Vladimir Zelenski arasında yaşanan mübahisə haqda deyib.

“Ukrayna prezidenti ya ABŞ, Rusiya və Çin arasında qlobal razılaşmaları başa düşmür, ya da bilərəkdən Trampı aşağılamağa çalışır. Bütün videonu əvvəldən diqqətlə izləsəniz, görərsiniz ki, söhbət çox tərifli başladı. Tramp açıq şəkildə bəyan etdi ki, Ukraynaya hərbi yardımı davam etdirəcək”, - Arestoviç bildirib.

Keçmiş müşavir qeyd edib ki, söhbət nadir torpaq materialları sövdələşməsinə getdikdə emosiyalar qızışıb:

“Zelenskinin fikir ayrılığına səbəb olan məqam təhlükəsizlik təminatının olmamasıdır. Trampı razı salmaq üçün istifadə etdiyi üsul emosiyaları yüksəltdi. Onun Trampdan əldə etməyə çalışdığı məqsəd “Putin qatildir” kimi ictimai etiraf idi".

Qeyd edək ki, Ağ Evdə ötən gün ABŞ və Ukrayna liderləri Donald Tramp və Vladimir Zelenski arasında baş tutan görüş olduqca gərgin keçib və tərəflər ictimaiyyət önündə mübahisə ediblər. Daha sonra Zelenski Ağ Evi erkən tərk edib, birgə mətbuat konfransı və Ukrayna ilə təbii sərvətlərlə bağlı sazişin imzalanması ləğv edilib.

 

 

Diaspora