Fransanın Kale şəhərində qeyri-qanuni miqrantların məskunlaşdığı düşərgədə yanğın baş verib. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, alov çadır və daxmalar daxil olmaqla 2 500 kvadrat metri əhatə edib.
İnsident zamanı zərərçəkən olmayıb. Yerli prefekturadan bildirilib ki, yanğının Parisdəki hadisələrlə heç bir əlaqəsi yoxdur. Hadisə elektrik enerjisi ilə ehtiyatsız davranma səbəbindən baş verib.