Ukrayna və ABŞ prezidentləri arasında qalmaqalın gətirdiyi bütün neqativlərə baxmayaraq, baş verənlərin ən azı bir müsbət tərəfi var: bütün dünya Donald Trampın saxta ictimai dostluğunun arxasında nəyin dayandığını gördü.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Atlantik” jurnalının köşə yazarı David Frum öz məqaləsində yazıb.
O bildirib ki, Zelenskiyə bağlı qapılar arxasında sakitcə təzyiq edilsəydi, Ukrayna üçün daha pis olardı:
"Tramp və Vens amerikalılara və Amerikanın müttəfiqlərinə Rusiyaya sadiq olduqlarını və ümumilikdə Ukraynaya, xüsusən də onun prezidentinə qarşı düşmən münasibətlərini nümayiş etdirdilər. Həqiqət xoşagəlməzdir, lakin biz bununla üzləşdik".
Qeyd edək ki, Zelenski mübahisədən sonra Ağ Evi erkən tərk edib, birgə mətbuat konfransı və Ukraynanın faydalı qazıntıları ilə bağlı sazişin imzalanması təxirə salınıb.