Vatikan Papa Fransiskin səhhətinin qəfil pisləşdiyini açıqlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Müqəddəs Taxt-Tacın mətbuat xidməti təsdiqləyib ki, pontifik qusma və kəskin tənəffüs çatışmazlığına səbəb olan kəskin bronxospazmdan əziyyət çəkir.
Təcili yardım göstərmək üçün ona qeyri-invaziv süni ventilyasiya verilib.
“Bronxospazm tənəffüs sisteminin pisləşməsinə səbəb oldu. Papaya qeyri-invaziv süni ventilyasiya verilib”, - deyə məlumatda bildirilib.
QAZİLER.AZ