ABŞ prezidenti Donald Tramp və Volodimir Zelenski arasında Ağ Evin Oval kabinetindəki görüşdə yaranan mübahisədən sonra mətbuat konfransı ləğv edilib.
Qaziler.az xəbər verir ki, bu barədə CNN jurnalisti Keytlin Kollinz “X” sosial şəbəkəsində məlumat verib.
"Mətbuat konfransı ləğv edildi", - jurnalist qeyd edib.
Tramp qeyd edib ki, görüş zamanı Zelenskinin sülhə hazır olmadığı müəyyən edilib. Amerika prezidenti həmçinin bəyan edib ki, sülhün bərqərar olması taktiki üstünlüklər əldə etməkdən üstündür və mətbuat konfransı zamanı Zelenskinin davranışını pisləyib.
ABŞ lideri həmçinin vurğulayıb ki, Zelenski Oval kabinetdə Amerika Birləşmiş Ştatlarına hörmətsizlik edib və “sülhə hazır olanda” geri qayıda bilər.
QAZİLER.AZ