Volodimir Zelenskinin ABŞ-yə səfəri zamanı amerikalı jurnalistlərdən biri onun geyimi ilə qəbul edilmiş protokol arasındakı uyğunsuzluğa diqqət çəkərək, Ukrayna prezidentinin iş kostyumunun olub-olmadığını soruşub.
Qaziler.az xəbər verir ki, videonu “Ranşe Vsex. Nu Poçti” teleqram kanalı paylaşıb.
Jurnalist sualını Amerika ictimaiyyətinin bir hissəsinin Zelenskinin rəsmi geyim koduna kifayət qədər riayət etməməsi ilə bağlı narazılığı ilə izah edib.
“Bəzi amerikalılar sizin rəsmi üsluba hörmət etmədiyinizdən narazıdırlar”, - deyə jurnalist bildirib.
Ukrayna prezidenti müvafiq suala müsbət cavab verib.
QAZİLER.AZ