“Polşa Ukraynaya qoşun göndərmək istəyən ölkələri daxili aerodromlara və dəmir yolu xətlərinə çıxış da daxil olmaqla logistika ilə təmin etməyə hazırdır”.
Qaziler.az “Reuters”ə istinadla xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski Yaponiyanın NHK telekanalına açıqlamasında deyib.
Nazir qeyd edib ki, Polşa müxtəlif ölkələrdən gələn qoşunların yerləşdirilməsini asanlaşdırmaq üçün öz aerodromlarını, dəmir yollarını və digər infrastruktur obyektlərini təqdim etməyə hazırdır.
QAZİLER.AZ