BMT Ukraynanın bəzi regionlarına maliyyə yardımını dayandırdı

BMT Ukraynanın bəzi regionlarına maliyyə yardımını  dayandırdı backend

BMT-nin baş katibi Antonio Quterreş ABŞ-nin dəstəyinin azalması səbəbindən Ukraynanın bəzi regionlarına maliyyə yardımının dayandırıldığını açıqlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Onun sözlərinə görə, son 48 saat ərzində BMT-nin müxtəlif agentlikləri, humanitar təşkilatlar və QHT-lərdən Amerikanın dəstəyinin əhəmiyyətli dərəcədə azaldılması barədə məlumat daxil olub. Təcili humanitar yardımdan tutmuş, müharibə və ya təbii fəlakətlərdən təsirlənən həssas qruplara kömək məqsədi daşıyan yenidənqurma layihələrinə qədər kritik proqramlar risk altındadır.

Quterreş vurğulayıb ki, 2024-cü ildə Ukraynada bir milyon insan üçün həyati əhəmiyyət kəsb edən nağd yardımın verilməsi dayandırılıb. BMT-nin baş katibi Amerikanın dəstəyinin azalmasının nəticələrini dünyanın ən həssas insanları üçün fəlakət adlandırıb.

QAZİLER.AZ

Diaspora