Tramp ingilis dilini ABŞ-nin rəsmi dili kimi tanımağı planlaşdırır

Tramp ingilis dilini ABŞ-nin rəsmi dili kimi tanımağı planlaşdırır backend

ABŞ prezidenti Donald Tramp ingilis dilinin federal səviyyədə rəsmi dil olmasını nəzərdə tutan fərman imzalamağı planlaşdırır.

Qaziler.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.

Sənəd ABŞ-nin keçmiş prezidenti Bill Klintonun hökumət qurumlarını ingilis dilini bilməyən vətəndaşlara dil dəstəyi göstərməyi öhdəsinə götürdüyü sərəncamı ləğv edir. Ağ Ev aydınlaşdırıb ki, agentliklər başqa dillərdə xidmətlər və sənədlər təqdim etməyə davam edə biləcəklər, lakin bu, artıq məcburi olmayacaq.

QAZİLER.AZ

Diaspora