Bağdadda dəfn mərasimində baş verən partlayışı İŞİD törədib. Axar.az TASS-a istinadən xəbər verir ki, hökumətyönlü silahlı qruplaşmanın döyüşçülərindən birinin dəfn mərasimində baş verən partlayışın məsuliyyətini İŞİD öz üzərinə götürüb.
Qeyd edək ki, terror aktı nəticəsində 18 nəfər həyatını itirib, 41 nəfər yaralanıb.