Fransa prezidenti Emmanuel Makron dövlət səfərindən sonra ABŞ-nin Aİ mallarına tətbiq etdiyi gömrük tarifləri ilə bağlı danışıqlarda irəliləyiş əldə edəcəyinə ümid bəsləyərək ABŞ-ni tərk edib.
Qaziler.az xəbər verir ki, bu barədə Fransa lideri BFMTV kanalında yayımlanan Portuqaliya səfərindən sonra verdiyi açıqlamasında qeyd edib.
"Mən özüm səfər zamanı və səfərdən sonra gömrük tarifləri məsələsini qaldırdım, qeyd etməliyəm ki, danışıqlar çətin keçdi və mən demək olar ki, ümidsiz qayıtdım", - Fransa prezidenti bildirib.
Makron həmçinin qeyd edib ki, Vaşinqtonla kommersiya yanaşmalarında müəyyən anlaşılmazlıqlar var. Fransa lideri əlavə edib ki, ABŞ tərəfindən daha yüksək tariflər tətbiq olunarsa, Avropa İttifaqı Amerikanın alüminium və poladına daha yüksək tariflər şəklində cavab tədbirləri planlaşdırır.
QAZİLER.AZ