Budapeştdə LGBT paradları artıq keçirilməyəcək.
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban “Kossuth” radiosunun efirində bildirib.
Siyasətçi bunu belə tədbirlərə rəhbərlik edən ABŞ-nin keçmiş səfiri Devid Pressmanın ölkəni tərk etməsi ilə izah edib.
“Əvvəllər Budapeştdə “Pride”ə rəhbərlik etmiş Amerika səfiri gedib. Buna görə də tədbir artıq beynəlxalq mühafizə altında deyil və baş tutmayacaq”, - Orban vurğulayıb.
Cinsi orientasiyasını gizlətməyən diplomat yanvarda Macarıstanı tərk edib. ABŞ səfirinin yerinə hələ ki, təyinat olmayıb. Pressman Rusiya və Macarıstanın NATO ilə bağlı siyasətinin tənqidçisi kimi tanınır. Diplomat dəfələrlə Budapeşti ölkəni hərbi blokdakı tərəfdaşlarından və Avropa İttifaqından təcrid etməkdə ittiham edib.
QAZİLER.AZ