ABŞ-nin beş keçmiş müdafiə naziri prezident Donald Trampı ABŞ-nin bir neçə hərbi liderini işdən çıxarmaq qərarına görə tənqid edib.
Qaziler.az xəbər verir ki, bu haqda məlumat “The Washington Post”da dərc olunub.
Ağ Evin rəhbəri, digər məsələlərlə yanaşı, general Çarlz Braunu Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri vəzifəsindən uzaqlaşdırmaq qərarına gəlib.
“Biz Konqresi cənab Trampı bu ehtiyatsız hərəkətlərə görə məsuliyyətə cəlb etməyə və konstitusiya nəzarəti öhdəliklərini tam şəkildə həyata keçirməyə çağırırıq”, - deyə keçmiş nazirlər bildiriblər.
Müraciətin müəllifləri ABŞ-nin keçmiş müdafiə naziri Lloyd Ostin, Ceyms Mettis, Çak Heygel, Leon Panetta və Uilyam Perridir. Keçmiş nazirlər hərbi idarədəki işdən çıxarılmalarla bağlı dərin narahatlıqlarını ifadə ediblər.
QAZİLER.AZ