Britaniya ABŞ qoşunlarının Ukraynaya gəlməsini istəmir - "Politico"

Britaniya ABŞ qoşunlarının Ukraynaya gəlməsini istəmir - "Politico" backend

Britaniya ABŞ-yə açıq şəkildə bildirib ki, Amerika qoşunlarının Ukraynaya yerləşdirilməsində israrlı deyil.

Qaziler.az xəbər verir ki, bu barədə “Politico” anonim Britaniya rəsmilərinə istinadən məlumat yayıb.

Jurnalistlərin mənbələrinə görə, bu mesaj amerikalılara Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun görüşündə verilib.

Nəşrin yazdığına görə, Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri və onun köməkçiləri belə qənaətə gəliblər ki, ABŞ hərbçilərinin Ukraynaya göndərilməsi Vaşinqton üçün qırmızı xəttdir. Müəlliflər qeyd edirlər ki, buna görə krallıq “heç vaxt bunu istəmədiyini” açıq şəkildə bildirib.

QAZİLER.AZ

Diaspora