Şimali Kipr Türk Cümhuriyyətini müstəqil dövlət kimi tanımırıq. Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner deyib. O vurğulayıb ki, ABŞ-ın Kiprlə bağlı siyasəti hələ də dəyişməyib:
“Kipr müzakirələrində yeni həll yolları axtarırıq. BMT-nin xüsusi nümayəndəsi Espen Barz Eydenin başçılığı ilə yürüdülən yeni həll prosesinə dəstək verəcəyik. Bu günə qədər olduqca mühüm nəticələr əldə etmişik və bu, bizi sevindirir”.