2017-ci ildən etibarən İran İraqa qaz ixracını ikiqat artıracaq. Axar.az xəbər verir ki, iki ölkə arasında imzalanan müqaviləyə əsasən İran İraqın Bəsrə şəhərinə 1 gündə 20-35 milyon kubmetr qaz ötürəcək.
İranın Neft nazirinin köməkçisi Həmid Reza Araki müqavilənin müddətinin 6 il olduğunu bildirsə də, anlaşmanın dəyərindən bəhs etməyib. Araki qiymətləndirmənin 2013-cü ildə imzalanan Bağdad müqaviləsi ilə eyni olacağını açıqlayıb.
Belə ki, gün ərzində 25 milyon kubmetr qaz ixrac ediləcək, bunun da illik qiyməti 3,7 milyard dollar təşkil edəcək.
Qeyd edək ki, dünyanın ikinci ən böyük təbii qaz rezervlərinə sahib olan İranda gün ərzində 600 milyon kub metr qaz istehsal edilir.